“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldo İspaniya çempionatında “Kordoba”ya qarşı oynanılan matçda rəqibini vurduğuna görə cəza ala bilər.
İdmanxeber.com-un məlumatına görə, reqlamentə görə bu tipli hərəkət 4-12 matç arası diskvalifikasiya ilə cəzalandırılır.
Xatırladaq ki, Kriştiano Ronaldo Edimarı vurduğuna görə 82-ci dəqiqədə birbaşa qırmızı vərəqə almışdı.