Türkiyə PTT birinci liqasında 17-ci turun oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, millimizin futbolçusu Vaqif Cavadovun yenicə müqavilə bağladığı “Boluspor” öz meydanında “Orduspor”la qarşılaşıb. Dörd qolun vurulduğu matçda meydan sahibləri qələbəni bayram edən tərəf olub – 3:1.
Cavadov matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, bu qələbədən sonra Bolu təmsilçisi xal ehtiyatını 20-yə çatdıraraq 11-ci pilləyə yüksəlib.