Təlim-məşq toplanışını Bakıda davam etdirən AZAL dünən növbəti yoldaşlıq oyununu keçirib.
İdmanxeber.com-un məlumatına görə, komanda rəsmi oyunlar öncəsi son sınaqda I divizion təmsilçisi “Şuşa” ilə qarşılaşıb. “AZAL Arena”da baş tutan görüş heç-heçə yekunlaşıb – 1:1. Matçda hesabı rəqib açsa da, AZAL son dəqiqədə bərabərlik qolunu vurub: Kərim Diniyevin cərimə zərbəsindən sonra top heç kimə toxunmayaraq qapıya daxil olub.
Qeyd edək ki, AZAL öncəki 4 matçda 2 heçə-heçə (“Qaradağ Lökbatan” – 2:2, “Sumqayıt” – 0:0) və 2 qələbə (“Sumqayıt” – 1:0, “Bakı” – 1:0) əldə etmişdi. “Təyyarəçilər” bununla da, qış təlim-məşq prosesini başa vurub. Bu gün istitrahət edəcək komanda üzvləri bazar ertəsindən sırf XIX turda qarşılaşacağı “Neftçi” ilə görüşün hazırlığına start verəcək.