Topaz Premyer Liqasında qış fasiləsi başa çatır.
İdmanxeber.com-un məlumatına görə, bu həftə XIX turun oyunları start götürəcək.
Baş tutacaq 4 qarşılaşmanın 3-ü canlı yayımlanacaq. Yanvarın 30-da keçiriləcək “İnter” – “Sumqayıt” və fevralın 1-də baş tutacaq “Bakı” – “Qəbələ” qarşılaşmalarını “İdman Azərbaycan”, yanvarın 31-də oynanılacaq AZAL – “Neftçi” matçını isə AzTV canlı yayımla azarkeşlərə nümayiş etdirəcək.
Turun televiziya vasitəsi ilə canlı yayımlanmayacaq “Simurq” – “Xəzər Lənkəran” oyunu isə Zaqatala təmsilçisinin klub TV-sindən izləmək mümkün olacaq.
Premyer Liqa
XIX tur
30 yanvar
18.00 İnter – Sumqayıt (İdman Azərbaycan)
“İnter Arena”.
31 yanvar
16.00 AZAL – Neftçi (Az.TV)
“AZAL Arena”.
1 fevral
14.00 Bakı – Qəbələ
“Bakı”nın təlim-məşq bazasının stadionu.
17:00 “Simurq” – “Xəzər Lənkəran”
Zaqatala şəhər stadionu