"Milan" aparıcı futbolçusu Stefan El-Şaaravini zədə səbəbindən itirib.
İdmanxeber.com-un məlumatına görə, italiyalı forvard "Latsio" ilə oyunda zədələnib. Həkim müayinəsindən sonra hücumçunun sağ ayağının sümüyünün sındığı aşkarlanıb.
Klubun rəsmi saytının yaydığı xəbərdə deyilir ki, forvard azı 6 həftə yaşıl meydanlardan kənar qalacaq.