AFFA-nın növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, görə, tədbir martın 6-ı, saat 11:00-da başlayacaq.
Artıq tədbirin gündəliyi də açıqlanıb:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər