"Simurq" Peşəkar İdman Klubu transfer çalışmalarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, komanda bu gün daha bir futbolçu ilə müqavilə imzalayıb. Zaqatala təmsilçisi "İnter"dən icarə əsasında Mirzəağa Hüseynpuru heyətinə qatıb. Mövsümün sonuna qədər "Simurq"un uğurları üçün çalışacaq yarımmüdafiəçi, "9" nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, komanda transfer çalışmalarını dayandırmayıb. Yaxın günlərdə daha bir neçə futbolçunun keçidi rəsmiləşdiriləcək.(klub saytı)