“Volfsburq” “Çelsi”nin almaniyalı hücumçusu Andre Şurrleni heyətinə qatmağa yaxındı.
İdmanxeber.com-un məlumatına görə, Bundesliqa klubu London təmsilçisinə bu transfer qarşılığında 27 milyon avro təklif edib. Ancaq “zadəganlar” Şürlenin keçidi üçün qarşı tərfdən 30 milyon avro tələb edir.
Tərəflər ilkin razılığa gəlsələr də, sözügedən transfer üçün dnaışıqlar hələ də davam edir.
Britaniya mətbuatının yaydığı xəbər görə, “Çelsi” Şürleni böyük ehtimalla “Volfsburq”a satacaq.