06 Fevral 2025
İdman

İdmançılarımızdan ilk gündə 5 medal

İran İslam Respublikasının Məşhəd şəhərində yeniyetmələr arasında “Yadigar İmam Kuboku” beynəlxalq turniri keçirilir.

İdmanxeber.com-un məlumatına görə, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız iştirak edir.

Yarışların ilk günündə güləşçilərimiz 2 gümüş və 3 bürünc medal qazanıb.

Gümüş medalları yığmamıza sərbəst güləşçilərdən Şahin Muxtarov (42 kq) və Əliabbas Rzazadə (50 kq) qazandırıb. Digər sərbəst güləşçilərimiz Fazil Həsənov (58 kq) və Orxan Abbasov (63 kq) turnirin bürünc mükafatına sahib olub. Digər bürünc medalı isə yığmamıza yunan-Roma güləşi üzrə yarışlarda Ceyhun Nəsirov (63 kq) qazandırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43