İsveç millisinin və PSJ-nin üzvü Zlatan İbrahimoviç cəzalana bilər.
İdmanxeber.com-un məlumatına görə, “Sent-Etyen”lə görüşdə rəqib futbolçu Romen Amumanın ayağına zərbə endirən İbrahimoviç 2,3 oyunluq cəza ala bilər.
Futbolçu bu barədə özü də Fransa mətbuatına danışıb:
“Bu barədə “Renn”lə oyundan sonra məlumat aldım. Çox təəccüblüdür. Çünki mən “Sent-Etyen”lə oyunda sarı vərəqə ilə cəzalandım. Bundan artığına nə ehtiyac var? Fransa çempionatında baş verənlər məni çox təəccübləndirir”.