Asiya kubokunun qalibi müəyyənləşib.
İdmanxeber.com-un məlumatına görə, final görüşündə Cənubi Koreya və Avstraliya yığmaları üzləşib. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın əlavə vaxtında daha bir qol vuran Avstraliya kubokun qalibi olub.
Asiya kuboku, final
Cənubi Koreya – Avstraliya – 1:2
Qollar: Luonqo, 45 (0:1), Son Heunq-Min, 90+1 (1:1), Troisi, 105 (1:2)