“Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov “Simurq”la oyun (0:2) haqda fikirlərini bildirib.
İdmanxeber.com-un PFLin saytına istinadən yaydığı xəbərə görə, o, görüşdən sonra keçirilən mətbuat konfransının məğlub olmalarına baxmayaraq komandasından razı qaldığını deyib:
“Düşünürəm ki, gərgin və maraqlı oyun alındı. Bilirdik ki, rəqib hava mübarizəsində yaxşı oynayır. Bizim oyunçularımız əzmkarlıq göstərdilər. Futbolçulara təşəkkür edirəm. “Simurq”a gələcək oyunlarda uğurlar arzu edirəm”.