Antalya təlim-məşq toplanışını başa vuraraq Bakıya qayıdan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçulara istirahət verib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi sabahdan Premyer Liqanın 20-ci turunda qarşılaşacaqları “Bakı” ilə oyunun hazırlıqlarına başlayacaq.
Qeyd edək ki, “Qarabağ” – “Bakı” oyunu fevralın 7-də keçiriləcək.