“Xəzər Lənkəran”ın sabiq futbolçusu Fernando Qabriel özünə yeni komanda tapıb.
İdmanxeber.com-un məlumatına görə, braziliyalı yarımmüdafiəçi karyerasını İranda davam etdirəcək.
26 yaşlı futbolçu “Persepolis” klubu ilə müqavilə imzalayıb.
Qeyd edək ki, Fernandinyo qış fasiləsində “Xəzər Lənkəran”dan ayrılmışdı.