Almaniya milli komandasının futbolçusu Andre Şürrle karyerasını “Volfsburq”da davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, Almaniya klubu “Çelsi”dən aldığı 24 yaşlı hücumçu ilə 4.5 illik müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı xəbər yayıb. “Volfsburq” tərəfi bu transfer üçün “Çelsi”yə ödədiyi təzminat haqda məlumat verməyib.
Qeyd edək ki, “Volfsburq” hazırda Bundesliqada ikinci yerdə qərarlaşıb.