“Ərciyəsspor”un U-16 komandasında 6 futbolçunun narkotik maddədən istifadə etməsi ortaya çıxdığından onlar komandadan kənarlaşdırılıblar.
İdmanxeber.com-un məlumatına görə, yaşlarının 18-dən az olması səbəbindən onların adı açıqlanmasa da, komandayla əlaqələri kəsilib.
“Ərciyəsspor”un prezidenti isə məlumatları təqzib edərək futbolçuların sadəcə siqaret çəkdiyini və buna görə də cəza aldıqlarını deyib.