Xəbər verdiyimiz kimi, fevralın 6-da və 8-də 19 yaşadək qızlardan ibarət yığmamız Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunları keçirəcək.
“Bakı” Futbol Klubunun Təlim-Məşq Bazasında baş tutacaq hər 2 görüş affatv.az saytı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, ilk oyun saat 11:30-da, ikinci qarşılaşma isə 17:30-da başlayacaq.