“Qarabağ”ın UEFA-ya etdiyi müraciətə bu gün baxılacaq.
İdmanxeber.com-un məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsinin “İnter”lə oyununda “Qarabağ”ın vurduğu qolun qeydə alınmaması ilə bağlı şikayəti müzakirə edəcək.
UEFA-nın iclasında matçın hakimliyi məsələsinə toxunulacaq. Çexiyalı hakim Miroslav Zelinkanın cəzalandırılacağı gözlənilir. Oyunun təkrar keçirilmə ehtimalı isə sıfıra bərabərdir.