07 Fevral 2025
Milli komanda

Millimizin oyununun başlama saatı dəyişdi

19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının “Bakı” klubunun bazasında Gürcüstanın müvafiq yaş qrupuna aid komandası ilə keçirəcəyi yoldaşlıq oyununun vaxtı dəyişdirilib.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, fevralın 8-də keçiriləcək oyun əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 17:30-da deyil, saat 15:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43