Xəbər verdiyimiz kimi, martın 17-dən 21-dək Bakıda təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələ oyunlarına hazırlaşan futzal üzrə Azərbaycan milli komandası fevralın 10-dan 22-dək Belarusun paytaxtı Minsk şəhərində təlim-məşq toplanışı keçirəcək. Belarusa yollanacaq komandanın heyətində 1 dəyişiklik baş verib. Zədəli Fernando Da Silva Amadeunun əvəzinə toplanışa “Fənər” komandasının üzvü İlkin Hacıyev dəvət olunub.
Millinin heyətində dəyişiklik
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43