Topaz Premyer Liqasının XXI turunda “Neftçi”nin qonağı olan “Xəzər Lənkəran” 0-2 hesabı ilə məğlub oldu.
İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov bu fikirləri səsləndirib:
“Böyük oyun” maraqlı alındı. Təcrübəsizlikdən yox, diqqətsizlikdən məğlub olduq. Rəqib haqqında heçnə demək istəməzdim. Sadəcə, onları təbrik edirəm. Biz isə növbəti oyunlara ciddi hazırlaşmalıyıq”.