Bu gün Türkiyə Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Kayserispor” öz meydanında “Beşiktaş”la qarşılaşıb.
Oyun Kayseri klubunun minimal hesablı qələbəsiylə başa çatıb.
Kamran Ağayev bu oyunda yeni komandasında debüt edib. Millimizin üzvü qarşılaşmanın start heyətində yer alıb. 90 dəqiqə boyunca meydanda olan Ağayev bir neçə qurtarışı ilə yelri azarkeşlərin rəğbətini qazanıb.