Türkiyə kubokunda 1/8 final mərhələsinin oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, millimizin sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu “Manisaspor” klubu səfərdə “Tuzlaspor”la üz-üzə gəlib. Oyun Manisa təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 1:3.
Matçın 65-ci dəqiqəsində komandasının ikinci qolunu vuran Subaşiç görüşün uzatma dəqiqələrində əvəzlənib.
Bu qələbədən sonra Subaşiçin komandası 1/4 finala yüksəlib.