“Neftçi”nin hücumçusu Ruslan Qurbanov karyerasını Xorvatiyada davam etdirəcək.
İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar”ın üzvü bu ölkənin “Hayduk” klubundan dəvət alıb. Qurbanov mövsümün sonuna kimi “Hayduk”da çıxış edəcək.
Xatırladaq ki, “Hayduk” hazırda Xorvatiya çempionatında üçüncü yeri tutur.