Türkiyə PTT Birinci Liqasında 20-ci tura start verilib.
İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub. Millimizin futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu "Karşıyaka" öz meydanında "Osmanlıspor"la üz-üzə gəlib. Matçda hesabı meydan sahibləri Mahir Şükürovla açıblar. Futbolçumuz 5-ci dəqiqədə Karşıyaka təmsilçisini önə keçirib.
Bundan bir qədər sonra isə qonaqlar bərabərlik qolunu vurublar. Beləliklə matç 1:1 hesabı ilə yekunlaşıb.