AZAL-ın yarımmüdafiəçisi Edu Türkiyədə əməliyyat olunub.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, sağ dizinin ön çarpaz bağları qopan braziliyalı oyuçunun iki saat çəkən əməliyyatı uğurlu bitib.
Tam adı Eduardo Konseysao Masiel olan legioner futbolçu fevralın 17-də Azərbaycana qayıdacaq.
Edu növbəti iki ay ərzində əsa ilə hərəkət edəcək və özəl xəstəxanaların birində müalicəsini davam etdirəcək. Braziliyalı yarımmüdafiəçi yalnız 4 ay yarımdan sonra komandayla birgə məşqlərə qatıla biləcək. Amma istənilən halda, bu mövsüm Edu üçün artıq başa çatıb.