Ukraynanın “Sport-Express” nəşri Futbol Federasiyaları prezidentləri haqqında yazı dərc edib.
İdmanxeber.com-un məlumatına görə, materialda AFFA prezidenti Rövnəq Abdullayev haqqında da yazıya yer verilib.
Ukraynalı həmkarlarımız ARDNŞ prezidentinin “neqativ möhür”ə sahib olmamasını qabartmaqla yanaşı, onun futbolumuzdakı çəkisindən də bəhs ediblər: “Rövnəq Abdullayev – neqativ imicə sahib olmayan dövlət əhəmiyyətli fiqurdu. Dövlət Neft Şirkətinin başçısı kimi, çətin ki, o, federasiyaya çoxlu vaxt ayıra bilsin. Əvəzində milli komandaların və kütləvi futbolun maliyyələşməsində əvəzsiz rol oynayır”.