Bu gün Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, turun bütün oyunları bugün keçiriləcək.
İlk olaraq "Sumqayıt" və AZAL klubları üz-üzə gələcəklər. "İnter Arena"da "İnter" "Bakı"nı, "Qarabağ" isə "Simurq"u qonaq edəcək.
Qarlı Qəbələ şəhərində isə "Neftçi" yerli "Qəbələ"nin qonağı olacaq.
15 fevral (bazar)
Premyer Liqa, 22-ci tur
17:00. “İnter” – “Bakı” 4:0
Qollar: Baçana Sxadadze, 3-pen.(1:0), Əfran İsmayılov, 7 (2:0) 38 (3:0)
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Vüsal Qənbərov, İnqilab Məmmədov
Bakı. “İnter Arena”.
18:00. “Qəbələ” – “Neftçi” 1:3
Qollar: Mendi, 10,Julius Vobay, 58 (1:1), Denis Silva, 73 (1:2), Flavinyo, 86 (1:3)
Hakimlər: Elvin Əsgərov, Namiq Hüseynov, Mübariz Haşımov, Zeynal Zeynalov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu.
18:00. “Qarabağ” – “Simurq” 1:0
Qol: Reynaldo, 21 (1:0)
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Azər Əsgərov, Rza Məmmədov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Fariz Yusifov
Tofiq Bəhrəmov adına Respublika stadionu.
16:00. “Sumqayıt” – AZAL 0:0
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Coşqun Həsənov, Xəlil Xəlilov
Sumqayıt şəhər stadionu.