Almaniya Bundesliqasında 21-ci turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, Emil Balayevin komandası – “Ayntraxt” da növbəti oyununa çıxıb. Frankfurt təmsilçisi öz meydanında “Şalke” ilə qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Balayevin adı matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Ayntraxt” hazırda 28 xalla 9-cu pillədə qərarlaşıb.