Portuqaliya çempionatının 2-ci Liqasında 27-ci turun oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, həmyerlimiz Amit Quluzadənin çıxış etdiyi “Atletiko” səfərdə “Gimaraynş B” ilə üz-üzə gəlib. Quluzadə 80-ci dəqiqəsində meydana çıxdığı matçda komandası 0:4 hesabı ilə məğlub olub.