“Çətin qələbə qazandıq. Hava şəraiti çox pis idi, Bakı ilə bura çox fərqlənir. Bu da oyunumuza mane oldu, amma qələbə qazana bildik”.
İdmanxeber.com -un məlumatına görə, bu sözləri “Qəbələ”ni 3:1 hesabı ilə məğlub edən “Neftçi”nin qapıçısı Aqil Məmmədov deyib:
“Çempionatın birinci oyunu həmişə çətin olur. O səbəbdən ilk oyunlarda biraz zəif çıxış etdik. Amma indi hər şey yaxşıdı ardıcıl iki qələbə qazandıq, davamı gələcək.
Futbolçu Viktor Mendi ilə arasında yaşanan gərginlikdən də danışıb:
“Ona dəyməmişdim, özünü yerə atdı.Ona dedim ki, lazım deyil belə şeylər.
Rəqib oyunu ancaq əks hücumlar üzərində qurmuşdu, ilk qolu da əks hücumda vurdular. Sonradan özümüzü toparladıq”.