“Xəzər Lənkəran” XXIII turda qarşılaşacağı “Qəbələ” ilə oyuna ciddi itkilərlə çıxa bilər.
İdmanxeber.com-un məlumatına görə, bir müddətdir ki, zədəli olan Orxan Sadıqlıyla yanaşı Elnur Cəfərov və Skarlatake də komandaya qoşula bilmir. Zədəli olan futbolçuların “Qəbələ” ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadı.
Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran” oyunu fevralın 19-da keçiriləcək və saat 17:00-da başlayacaq.