05 Fevral 2025
Dünyadan

“Qalatasaray” 3 xalı 3 qolla qazandı

Türkiyə Superliqasında 20-ci tura yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, turun son matçında “Qalatasaray” öz meydanında “Balıkesirspor”la qarşılaşıb.

“Beşiktaş” və “Fənərbağça”nın bu turda qələbə qazanması “Cim-Bom”un bu oyundan mütləq 3 xalla ayrılması demək idi ki, “aslan” da bunu bacardı. 

“Qalatasaray” autsayderlə oyunda 3 xalı 3 qolla qazandı. “Cim-Bom”un heyətində Burak Yılmaz (2) və Sneyder fərqlənib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43