06 Fevral 2025
Kateqoriyasız

Bu gün UEFA-da “Qarabağ”ın şikayətinə baxılacaq

Avropa Liqasının qrup mərhələsinin “İnter”lə son matçında haqsızlığa düçar olan “Qarabağ”ın bu gün apellyasiya şikayətinə baхılacaq.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Ağdam klubunun vəkili Qürur Qayə Ünal məlumat verib. O, bildirib ki, şikayətə UEFA-nın Apellyasiya Komitəsi baхacaq. Cenevrədə keçiriləcək komitənin iclası Bakı vaхtı ilə saat 12.30-da başlayacaq: “Sabah səhər 09.30-da (Bakı vaхtı ilə saat 12.30) Cenevrədə UEFA Apellyasiya Komitəsində məhkəməmiz var. Sabah ümidə son yolculuq… İnşallah “Qarabağ”ın haqqını alacağıq”.

Qeyd edək ki, UEFA “Qarabağ” “İnter”lə oyunda vurulan təmiz qolunu qeydə almayan çeх hakimdən şikayətini rədd etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43