18 Oktyabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”da son durum: biri qayıtdı, ikisi qaldı

Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində səfərdə “Qəbələ”nin qonağı olacaq “Xəzər Lənkəran sözügedən oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Cənub təmsilçisinin heyətində bir müddətdir ki, zədəli olan Orxan Sadıqlı artıq sıraya dönüb. Skarlatake və Elnur Cəfərovun zədəsi isə hələ davam edir. 

Qeyd edək ki, “Qəbələ” – “Xəzər Lənkəran”  matçı  fevralın 19-da baş tutacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43