Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, daha iki qarşılaşma baş tutub.
Almaniyada "Real" "Şalke"nin, İsveçrədə "Portu" "Bazel"in qonağı olub.
Madrid klubu səfərdə iki cavabsız qolla qalib gələrək, 1/4 final şanslarını artırıb.
Portuqlaiyanın "Portu" klubu da İsveçrədən əlverişli nəticə ilə qayıdıb. Belə ki, "ağ-göylər" "Bazel"lə oyunda qollu heç-heçə ediblər – 1:1.
Qeyd edək ki, 1/8 finalın dogər 4 oyunu 24-25 fevral tarixlərində keçiriləcək.
18 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
23:45 "Bazel" (İsveçrə) – "Portu" (Portuqaliya) 1:1
Qollar: Qonzales, 11 (1:0), Danilo, 79 (1:1)
23:45 "Şalke" (Almaniya) – "Real" (Madrid, İspaniya) 0:2
Qollar: Ronaldo, 36 (0:1), Marselo, 79 (0:2)