Azərbaycan Premyer Liqasının 23-cü turuna bu gün start verilir.
İdmanxeber.com-un məlumatına görə, Zaqatalada “Sumqayıt”ı qəbul edəcək “Simurq” klubunun stadionu qara bürünüb. Matçın keçiriləcəyi Zaqatala şəhər stadionunun qardan təmizlənməsi üçün işlər gedir. Oyun saatına qədər stadionun qardan təmizlənəcəyi deyilir.
Qeyd edək ki, matç saat 17:00-da stat götürəcək.