Topaz Premyer Liqasının XXIII turu “Qəbələ” üçün uğurlu alındı. Şimal təmsilçisi doğma meydançasında “Xəzər Lənkəran”ı 3-1 hesabı ilə məğlub etdi.
İdmanxeber.com-un məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Elbrus Məmmədov matçdan sonra bunları deyib:
“Çox maraqlı oyun getdi. Hər iki komanda baxımlı oyun sərgilədi. Bolqullu oyun izlədik. Öz komandamdan razı qalsam da, səhvlərin mövcudluğunu da qeyd etməliyəm. Səhvlər üzərində işləməliyik”.