Topaz Premyer Liqasının XXIII turunda keçirilən “Simurq” – “Sumqayıt” oyununda qalib müəyyənləşmədi – 1:1.
Georgi Çixradze (“Simurq”un baş məşqçisi): “Sürətli oyun oldu. Komandalar mübarizə apardılar. Bizim problem o idi ki, şanslardan istifadə edə bilmədik. Düzdür, qol buraxdıqdan sonra hesabı bərabərləşdirə bildik. Sadəcə, bərabərlik qolundan sonra nə qədər çalışsaq da, qələbə qolunu vura bilmədik”.
Aqil Məmmədov (“Sumqayıt”ın baş məşqçisi): “Maraqlı oyun alındı. İlk hissədə baxımlı futbol sərgiləyə bilməsək də, ikinci hissədə vəziyyəti dəyişdik. Futbolçularım sona qədər mübarizə apardılar. Deyərdim ki, bu gün heç nə itirmədik, 1 xal qazandıq. Qazanılan xala görə sevinirəm”.