"Qarabağ"la çox yaxşı oyun oldu. Birinci hissə bərabər səviyyədə keçdi deyərdim amma onların qol vurmaq şansları çox oldu. Qələbəyə layiq idilər, təbrik edirəm."
Bu sözləri idmanxeber.com-a açıqlamasında "Neftçi"nin futbolçusu Erik Ramos deyib:
"Ötürmələrdə daha çox səhv yol veririk. "Qarabağ" bu cəhətdən çox yaxşıdı".
Ramos hakimlik barədə də danışıb:
"Məncə çox yaxşı keçdi, şikayət etməli bir şey yoxdur."
Futbolçu Almeyda ilə arasında yaranan gərginliyə də aydınlıq gətirib:
"Ciddi bir şey yox idi, çox güclü futbolçudur, mən ona pressinq edirdim. Futbolda bu normal haldır".
O, "Neftçi"nin çempionluq şanslarını isə belə dəyərləndirib:
"13 xal həddindən artıq çoxdur, inanmıram ki, "Qarabağ" bu qədər xal itirər. Azərbaycanın ən yaxşı komandasıdır. Məncə 4, 5 turdan sonra çempionluqlarını qeyd edəcəklər."