“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl Azərbaycan Premyer Liqasında “Neftçi” ilə oyun öncəsi jurnalistlərə açıqlama verib.
İdmanxeber.com-un məlumatına görə, Ağdam təmsilçisinin rəsmisi UEFA-nın “Qarabağ”in şikayəti ilə bağlı verdiyi qərara münasibət bildirib:
“Çox sevinirəm ki, futbol tarixində “Qarabağ” – “İnter” matçında hakim səhvi olduğu qeydə alındı. UEFA-da qəbul etdi ki, biz haqlıyıq. Bir tərəfdən hakim cəzalandırıldığı üçün sevinirik, digər tərəfdən də düşünürük ki, haqsızlığa uğramışıq. Bundan sonra FİFA-ya da müraciət edə bilərik. Ancaq biz UEFA ilə münasibətləri korlamaq istəmirik”
Gözəl qış transfer pəncərəsində futbolçu almamalarının səbəblərini də açıqlayıb:
“Transferin olmaması Qurban Qurbanovun istəyi idi. O, iki futbolçuya baxdı, amma onların klubları ilə razılaşmadıq. Biz baş məşqçi qərarlarına etiraz etmirik. Qurbanov istədiyi oyunçunu tapa bilmədi”.