Dünən “Neftçi”ni məğlub edən “Qarabağ” klubunun futbolçusu Ansi Aqolli matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, təcrübəli oyunçu matç barədə bunları deyib:
“Neftçi” hücumda yaxşı oynadı. Müdafiə xəttimiz üçün az problem yaratmadılar. Biz isə ələ düşən şansdan maksimum yararlandıq və qələbə qazandıq. Rəqiblərimizin bizdən çox geri qalmasının günahı bizdə deyil. Fikrimcə, “İnter”lə “Neftçi” hələ mübarizəni davam etdirəcək. Onlar yaxşı rəqiblərdir”.