UEFA klubların növbəti reytinq siyahısını açıqlayıb.
İdmanxeber.com-un məlumatına görə, siyahıda 454 komanda yer alıb.
Son beş mövsümün nəticələrini əhatə edən siyahıya Çempionlar Liqasının son qalibi “Real” (Madrid) klubu başçılıq edir (164.714). Sonrakı yerləri "Barselona" və "Bavariya" tutur.
Azərbaycan reytinqdə 7 klubla təmsil olunub. “Qarabağ” 11.500 xalla 148-ci pillədə qərarlaşıb.
Digər Azərbaycan klublarının mövqeyi belədi:
181. “Neftçi” (-2) – 9000
269. “İnter” (0) – 5000
296. “Xəzər Lənkəran” (0) – 4250
331. “Bakı” (0) – 3250
358. “Qəbələ” (0) – 2750
359. AZAL (0) – 2750
Ölkələrin reytinqində isə Azərbaycanın mövqeyində dəyişiklik baş verməyib. Aktivində 12.500 xal olan ölkəmiz reytinqdə 29-cudu.