Bu yay Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı paytaxtda toy keçirilməyəcək.
İdmanxeber.com-un məlumatına görə, bu barədə ATV telekanalına açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədov bildirib.
DYP rəsmisi bu addımın Olimpiya Oyunları günlərində yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün atıldığını vurğulayıb.
İyunun 12-dən 28-dək Bakıda toy mərasimlərinin keçirilməməsi haqda şadlıq evlərinə xəbərdarıq edilib.