Millimizin futbolçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Boluspor” Türkiyə birinci liqasında növbəti matçına çıxıb.
İdmanxeber.com-un məlumatına görə, Bolu təmsilçisi “Adana Dəmirspor”un qonağı olub.
Qarşılaşma “Boluspor”un məğlubiyyəti ilə başa çatıb. Vaqif Cavadov matçın 78-ci dəqiqəsində meydana çıxıb ki, bundan 4 dəqiqə sonra meydan sahibləri hesabı açıb – 1:0.