Müqavilə ilə “Çelsi”yə məxsus və “Borussiya Münhenqladbax”da icarə əsasında çıxış edən Torgan Hazard alman klubu ilə rəsmi müqavilə imzalayıb.
“Borussiya Münhenqladbax”ın rəsmi saytının verdiyi məlumata görə, hücumameyilli yarımmüdafiəçi ilə 2020-ci ilə qədər müqavilə imzalanıb.
Bu mövsüm alman klubun heytində meydana çıxan Hazard 18 matçda 1 qol vurub və 5 məhsuldar ötürmə ilə fərqlənib.