İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olunub.
Topaz Premyer Liqasının XXIII turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” və “Qarabağ” klublarının 4 futbolçusunun sarı vərəqə ilə cəzalanmasına görə hər iki klub 1000 manat cərimə olunur (maddə 40).
Oyununun 36-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).
Oyununun 38 və 40 -cı dəqiqələrində “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunur (maddə 52).
Topaz Premyer Liqasının XXIII turunun “Simurq” – “Sumqayıt” matçının90+3-cü dəqiqəsində “Simurq” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).