Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.
Belarusun U-17 komandası ilə qarşılaşan yığmamız 1:2 hesabı ilə məğlub olub. Komandamızın qolunu Pilağa Mehdiyev vurub.