AZAL PFK-nın baş məşqçisi Tərlan Əhmədov Portuqaliyaya gedəcək.
İdmanxeber.com-un məlumatına görə, AZAL-ın “sükan sahibi” PRO kateqoriyasının tələblərinə uyğun olaraq sabah səhər saatlarında vətəni tərk edəcək. Əhmədov Portuqaliyada elitanın nümayəndəsi “Pasuş de Ferreyra”da təcrübə keçəcək. 43 yaşlı mütəxəssis 6 gün Pireney yarımadasında qalacaq və martın 3-də Bakıya qayıdacaq.