21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi növbəti iki oyunun məkanı və vaxtı müəyyənləşib.
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz sentyabrın 4-ü “Dalğa Arena”da Avstriyanı qəbul edəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.
Millimiz digər oyununu sentyabrın 8-i “Dalğa Arena”da Almaniyaya qarşı keçirəcək. Bu matça da saat 19:00-da start veriləcək.
4 sentyabr
19:00. Azərbaycan – Avstriya
“Dalğa Arena”
8 sentyabr
19:00. Azərbaycan – Almaniya
“Dalğa Arena”